ABŞ-ın İraq əməliyyatı uğurlu olmasa, İRAN-ın təsiri artacaq / TƏHLİL

Baxış sayı:
526

Donald Tramp ABŞ-ın dağıdıcı müharibələrinə son qoymaq vədinə baxmayaraq qoşunlarını İraqdan çıxarmadı. ABŞ bölgədən sıxışdırılıb çıxarılmaq ehtimalı ilə üz-üzədir və bu, İran üçün böyük qələbə olardı.
Tehranla güclü bağları olan İraq parlamentinin rəsmiləri, Bağdadda iki iraqlı komandir Qasm Süleymani öldürüldükdən sonra ABŞ-ın ölkədə hərbi varlığına son vermək üçün bir proses başlatdılar.
Ekspertlərin fikrincə, ABŞ-ın geri çəkilməsi daha çox problem gətirə bilər və İran bölgədə daha çox güclənə və “əl-qol aça” bilər, onsuz da təsiri altına aldığı Bağdadı tamamilə “öz nüfuz dairəsinə” sala bilər.
Tehran və Vaşinqton ABŞ-ın 2003-cü il işğalından bəri İraqdakı nüfuz dairəsi uğrunda mübarizə apardılar və bu döyüşdə İran artıq qalib gəldi. ABŞ-ın yetişə bilmədiyi davamlı uzlaşma strategiyası, Tehrana tədricən İraqdakı gündəlik həyata daxil olmağa imkan verdi.

İraq hərbi qüvvələrinin rəsmi formasına çevrilən döyüşçü qruplarını yaratmaq üçün, bu strategiya illərlə müharibə və işğal yolu ilə yatırıma döndü və iraqlıların etibar etdikləri çox miqdarda ixracatı təmin etdi. Bu, İraqın yüksək səviyyəli hökumət rəsmiləri və parlament üzvləri içində dayaq qrupu yaratdı.
Bu bağlara görə, İraq parlamentinin Sülemaniyə hücumdan sonra İranın tərəfində olması təəccüblü deyil. Zərbələr İranın uzunmüddətli hədəfinin xeyrinə, ABŞ-ı bölgədən çıxartmaq kimi nəticələrə səbəb oldu.
London İran İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin beynəlxalq əlaqələr üzrə professoru Fawaz Gerges "İran indi İraqda ən nüfuzlu dövlətdir" dedi. "Bu güc ABŞ bölgədən çıxarsa daha da böyüyəcək ".
O, bildirdi ki, İraq üçün indi ən vacib problem İŞİD deyil, millət işinin qurulması - korrupsiyaya qarşı mübarizə, məzhəb əsaslı hökuməti vətəndaşlığa əsaslanan dövlətə çevirmək və ordunu peşəkarlaşdırmaq idi. İran bu məqsədlərdə maraqlı deyil, Gergesin sözlərinə görə, ABŞ-ın geri çəkilməsi İranın Yaxın Şərqdə daha da inkişafına gətirəcək.
"ABŞ gedərsə, bölgədəki insanlar düşünəcəklər ki, onun gül-çiçəkli ritorik nitqlərinə baxmayaraq, Trampın həqiqətən Yaxın Şərq üzrə strategiyası yoxdur və günün sonunda üzünü çevirib evinə qayıdacaq" Gerges dedi.

Getməyə məcbur olmaq, vergi ödəyicilərinin ödədiyi yüz milyardlarla vəsaitə və minlərlə ABŞ əsgərinin ölümü hesabına başa gəlmiş ABŞ-ın İraqdakı uzun müddətli missiyasına alçaldıcı sonluq olardı.
ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ-ın çıxacağını təkzib etdi, ancaq əsgər sayının azalacağına işarə vurdu. Gerges bu təklifi ABŞ-a İŞİD-lə mübarizə üçün az sayda əsgər saxlamağa, əslində isə geri çəkilmə prosesinə başlamağa imkan verən qənaət manevri olaraq görür.
İran İraqı necə ələ keçirdi
İranın İraqdakı gücünün çox hissəsi 1980-ci illərdə İraq-İran müharibəsində kök atmış hərbi qruplardan gəlir. İraqdan döyüşçü tapmaq o qədər də çətin olmadı. İraqlılar, sünni ailəsində doğulan Səddam Hüseynin rəhbərlik etdiyi şiə əksəriyyətli xalq idi.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən verilən məlumata görə, özünü şiə müsəlmanlarının dünya lideri kimi sırıyan İran, şiə əsir və qaçqınları qəbul etdi və onları Tehranın maraqlarına İraqda çalışmaq üçün İraqa qayıdan əsgərlərə çevirdi. Bəziləri deyilənlərə görə, bu gün həm döyüşçü qrupu, həm də İraqda ABŞ əleyhinə siyasi partiya olan Bədr təşkilatı adlanan qrupa çevrildi.
"Səddam devriləndə və onlar içərisində olan repressiyalar sona çatdıqda bu silahlı qruplar təşkilati qabiliyyətlərinə görə çiçəkləndilər. Onların yayılma və daha açıq şəkildə fəaliyyət göstərmək imkanları var idi" Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutu eksperti Jack Watling dedi .

İŞİD-lə mübarizə İrana, xüsusən də terror qruplaşması Mosulu ələ keçirdikdən və İraq ordusu dağıldıqdan sonra daha bir imkan verdi. Məhz bu zaman şiə döyüşçülərindən ibarət koalisiya olan Xalq Səfərbərlik Bölmələri (PMU), həqiqi bir ordu olmadığına görə ölkədə güclü qüvvəyə çevrildi. Onlar o vaxtdan rəsmi olaraq İraq hərbi qüvvələrinə qatıldılar.
Watlingin sözlərinə görə, hazırda Tehranın dəstəklədiyi güclü İraq hərbi qüvvələrində təqribən 113 min maaşlı heyət var. Bunlardan 60 minə yaxını döyüşçü olaraq fəal iştirak edir, 36 mini isə İran tərəfindən idarə olunur.
2018 İraq seçkilərində, XSQ-in siyasi qanadı Fəth, İraq hökumətindəki İran maraqlarına daha qüvvətli səs verərək parlamentdə ən çox ikinci yerə sahib oldu.
İqtisadi cəhətdən İran, ABŞ-ın sanksiyalarından qaçmaq və qonşusuna enerji satmaq üçün boşluqlar və imtiyazlar axtararaq, İraqın enerji baxımından asılı olmasını təmin etdi. İraq, eyni zamanda, Çindən sonra İranın ixracatında ikinci ən vacib nöqtədir, buna görə Tehran sərhədin o tayında bazarının təhlükəsizliyini yaxşı təmin edilməsini istəyir.
Trump qarışıq mesajlar göndərir
İraq İraq hökuməti və hərbi qüvvələrində möhkəm addımlar atdığı üçün ABŞ-ın İraqdakı hədəfi o qədər dəyişdi ki, bulanıq və yayğın hala gəldi. İraq rəsmiləri, ABŞ-ın hər yeni prezidentinin gəlişi ilə baş verən dəyişikliklərdən və Tramp administrasiyasının göndərdiyi qarışıq siqnallardan bezməkdədirlər.
Pompeo ABŞ-ın İraqda İŞİD-lə mübarizə aparmaq mesajını göndərmək üçün mübarizə aparır, oradakı iranlılara zərbələr və Trampın açıqlamaları bunun əksini göstərir.
Keçən il Tramp CBS News telekanalına verdiyi müsahibədə İraqda bir baza saxlamaq istədiyini etiraf etdi, "çünki əsl problem İran olduğu üçün İrana bir az nəzarət etmək istəyirəm " dedi. Bu sözlər Tehranı təhrik etdi və İraqda qarışıqlıq yaratdı.

Watlingin dediyinə görə, ABŞ-ın İraqdakı maraqlarını İŞİD-lə mübarizədən İrana qarşı yönəltdiyi görünür.
Watling, Trampın İrana qarşı "maksimum təzyiq" kampaniyası ilə nəyə nail olmağı hədəflədiyini araşdırarkən, İran İraqdakı uzunmüddətli strategiyası üçün, digər tərəfdən də əvəz ödəyir.
"İranın Bağdadın hərbi qabiliyyətini ləğv etməsini və azaltmasını, İraqı ixracat üçün bazar və iqtisadi tərəfdaş olaraq saxlamasını təmin etmək üçün bir sürü cəhdini gördük" dedi.
Qəlbləri və ağılları qazanmaq
ABŞ-ın sərfəli rejim dəyişikliyinə nail olmasına baxmayaraq, Səddamın tutulması və edam edilməsi ilə ABŞ 2011-ci ildə qeyri-sabit hökumətlə İraqı tərk etdi. İran İŞİD əleyhinə mübarizədə yer aldı, amma bunu öz təsirini İraqda çoxaltmaq üçün istifadə etdi.
Ancaq İran bir əsas sahədə uğursuzdur. O, insanların ürəyini qazanmadı.
Hökümət əleyhinə etirazçılar, uzun illərdir yığılan dərin iqtisadi problemlərin əzdiyi sarsılmışlar İran dəstəkli qüvvələrlə qarşı-qarşıya gəldilər.
Nümayişçilər, ABŞ-ın məzhəb mənsubiyyətinə görə böldüyü hökumət sisteminə gətirdiyi "konfeksionizm" də günahlandırdıqları endemik korrupsiya və təkfirçiliyə qarşı toplaşdılar. İran bu status-kvonu yaratmasa da, onun qorunmasında iştirak edib.
Bəzi nümayişlərin video görüntülərində etirazçıların həm İran, həm də ABŞ-a qarşı qışqırıq səsləri eşidilə bilər. Gənc İraqlılar, xüsusən də ABŞ və ya İranın ölkələrində olmasını istəmirlər.
"İraqlılar hər ikisindən yaxa qurtarmaq istəyirlər. Bəziləri digərlərindən daha çox xoşa gələ bilər və onlar orada olan iki nəfərdən yalnız birinin ölkələrinə hakim olmasını istəmirlər" Hitermann dedi.
"Şiə İraqlıları İranla məzhəb eyniliyi birləşdirə bilər, ancaq İran Ayətullah Əli Xameneyinin abunəçisi olmaq istəmirlər. İran yolu şiə iraqlıların istədiyi kimi deyil ".
CNN
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az