ABŞ İranla yeni bir MÜQAVİLƏ ÜÇÜN 12 ŞƏRT QOYDU

Baxış sayı:
7993

ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni bir nüvə müqaviləsi bağlamaq üçün 12 şərt qoyub.
 
Bu barədə “Associated Press” xəbər verib.
Dövlət Departamentinin rəhbəri Pompeo bildirib ki, Tehran uranı zənginləşdirmək işini dayandırmalı və plutoniumu təkrar emal etməməlidir. İran həmçinin ballistik raketlərin yayılmasını və raketlərin daha da inkişafını dayandırmalıdır. Bundan əlavə, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terror qruplarını dəstəkləməyi dayandırmalıdır.
Pompeonun sözlərinə görə, İranın Suriyadan bütün qüvvələrini çıxarması lazımdır. Onun sözlərinə görə, Vaşinqton müzakirələr masasında İran hakimiyyətini oturmaq üçün Tehrana ciddi təzyiq göstərəcək.
Qeyd edək ki, 21 mayda İran nüvə razılaşması ilə əlaqədar Avropa Birliyinə ultimatum təqdim edib. Ultimatumda İran, Avropa Birliyinin ABŞ-ın sanksiyalarından dolayı Tehrana vurulacaq zərəri kompensasiya edəcəyi təqdirdə nüvə proqramı ilə əlaqədar razılaşmağa davam edəcəyini bildirib.
Müxalifət.az