ABŞ-ın İranla müharibə etmək planı... - Zarei

Baxış sayı:
7357

ABŞ hökumətinin yüksək səviyyəli rəsmiləri Tehrana mesaj göndərərək heç bir şəraitdə İranla hərbi qarşıdurma planları olmadıqlarını bildirib.
Muxalifet.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan analitik Sadullah Zarei Tasnimə açıqlamasında deyib. Zarei mesajın nə vaxt göndərilməsinə dair heç bir məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “İndependent” qəzetinə müsahibəsində İranla ABŞ arasında müharibənin qaçılmaz olduğunu demişdi.