ABŞ İranla əməkdaşlıq edən ölkələri hədələdi

Baxış sayı:
1876

ABŞ-ın Tehrana qarşı sanksiyalarının qüvvəyə minməsi bütün ölkələr üçün İranla iqtisadi tərəfdaşlığı köklü şəkildə dəyişəcək.

Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.

İranın bank sektoru ilə əməkdaşlıq edəcəyi təqdirdə SWIFT ödəniş sisteminin rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyinə gəldikdə isə Pompeo bu məsələ ilə bağlı konkret qərardan xəbərsiz olduğunu desə də, noyabrın 1-dək hələ bir sıra qərarların qəbul ediləcəyini vurğulayıb.

Dövlət katibi qeyd edib ki, artıq bəzi ölkələr İranla iqtisadi əməkdaşlığı dayandırır. Onun sözlərinə görə, son tarix 4 noyabrdır.

Pompeo həmçinin sabiq dövlət katibi Con Kerrini İran hakimiyyəti ilə əlaqələrinə görə tənqid edib: “Sabiq dövlət katibi dünyada terrorizmin ən böyük sponsoru ilə tərəfdaşlıq edir. ABŞ-ın tarixində belə presedent olmayıb. Kerri özünü bu cür aparmamalıdır”.