ABŞ İranın regional fəallığını zəiflətmək istəyir

Baxış sayı:
6203

ABŞ Rusiya, Çin və Avropa şirkətlərinə İrana nüvə silahı yaratmaq imkanı verməmək və apadığı işləri nəzarətə almaq üçün İranın nüvə obyektlərində işləməyə icazə verməyi planlaşdırır. Muxalifet.az "Aljazeera"ya istinadla bu barədə xəbər verir. Keçən il 2015 İranla imzaladığı nüvə sazişindən çıxan və İrana qarşı sanksiyaları bərpa edən Tramp administrasiyası, " ABŞ ona məxsus olmayan firmaların İranın Atom Enerjisi Təşkilatı (AEOI) ilə əməkdaşlığına qadağa qoyan sanksiyalardan imtina edəcək və işlərin irəliləməsinə imkan verəcək", deyə adları açıqlanmayan mənbələr TASS-a bildirib. Bu prosedur, Arak ağır su tədqiqat reaktorunda və AEOI-nin nəzarətində olan Fordow AES yanacağını zənginləşdirmə zavodunda işlərin məhdud şəkildə aparılmasına imkan verərsə, Vaşinqtonun diplomatiya üçün qapını açıq saxladığına işarə ola bilər. 2015-ci ildə İran və altı dünya gücü - İngiltərə, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ arasındakı sazişə əsasən, Tehran, onu çökdürən iqtisadi sanksiyaların qaldırılması əvəzində nüvə proqramını məhdudlaşdırmağa razı oldu. 2018-ci ilin mayında Tramp sazişdən birtərəfli qaydada imtina edən zaman, İranı danışıqlar masasına qayıtmağa məcbur etmək üçün tərtib edilmiş "maksimum təzyiq"ə hesablanmış yeni sanksiyalara start verdi. Tramp, İranın həm regional fəallığını məhdudlaşdırmaq, həm də onun nüvə proqramını maksimum dərəcədə məhdudlaşdıran daha geniş müqavilə tələb edir. Fransa, hər iki ölkəni daha geniş dialoqda bir araya gətirməyə çalışdı, amma bunda uğurduz oldu. Fransanın fikrincə tərəflər öz siyasi ambisiyalarından vaz keçmək istəmirlər: ABŞ inanır ki, təzyiq siyasəti İranı diz çökdürəcək, İran isə ABŞ-ın təziqlərinə boyun əymək istəmir. 2015-ci il müqaviləsinə əsasən Arak reaktoru plutonium əsaslı bomba düzəltmək üçün yararsız dizaynda qurulmalı, Fordov zavodu isə uranın zənginləşdirilməsini dayandırmalı, sadəcə nüvə, fizika və texnologiya mərkəzinə çevrilməli idi. Çin dövlətinə məxsus Çin Milli Nüvə Korpusu Arakda bu prosesi məhdudlaşdırma işləri gördü, Rusiyanın Rosatom şirkəti isə bunu Fordovda etdi. "Rosatom" İranın Buşehr atom elektrik stansiyasını uran yanacağı ilə təchiz edib. ABŞ Dövlət Departamenti buna dərhal şərh vermədi. Rosatom dərhal şərh istəyinə cavab vermədi. Çin Milli Nüvə Korpusunun nümayəndəsi cümə axşamı “Reuters”ə "İranın nüvə probleminin müsbət həllini tapması üçün Pekin rəhbərliyinin İran tərəfi ilə əməkdaşlığa başladığını" bildirib və ətraflı məlumat verməyib. Muxalifet.az