ABŞ İranı hədələdi: SƏFİRLİYİMİZƏ HÜCUM OLSA..

Baxış sayı:
4909

Ağ Evin mətbuat sözçüsü Sarah Sanders, yazılı bir açıqlama verərək İranı xəbərdar edib.
 
İraqın Bəsrə bölgəsindəki konsulluq və Bağdaddakı səfirlik binalarına son bir neçə gündür təşkil edilən hücumlara diqqəti çəkən Sanders, "İran, İraqda onunla əlaqəli olan, iqtisadi olaraq dəstəklədiyi, təlim verdiyi, silahlandırdığı qrupların bu hücumları etməsinin qarşısını almağa cəhd etmədi. ABŞ, dövlət binalarının zərər gördüyü və əməkdaşlarının yaralandığı təqdirdə Tehran rejimini məsul tutacaqdır" deyə, bildirib.
Sözçü Sanders, ABŞ-ın, vətəndaşlarının həyatını müdafiə etmək üçün qətiyyətlə və sürətlə qarşılıq verəcəyi xəbərdarlığını edib.
Müxalifət.az