"ABŞ İrandakı teraktla Türkiyəyə xəbərdarlıq etdi" - EKSPERT

Bu hücum ABŞ-ın Yaxın Şərqdə hökmranlıq qurmaq məqsədilə Türkiyə, İran və Qətərə etdiyi bir xəbərdarlıqdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Rafət Aslandaş bildirib.
"ABŞ-ın Türkiyəni də bu münaqişədə tərəf halına gətirməyi qarşısına məqsəd qoyduğunu qeyd edən Aslandaş Türkiyənin də İran məsələsinə daxil edilməsi istiqamətində siyasi oyun getdiyini bildirib: "Türkiyənin İrana qarşı formalaşmaqda olan cəbhədə yer alması son dərəcə təhlükəlidir. Türkiyə bu prosesdə hər hansı formada iştirak etməməlidir, çünki bu münaqişələrdən mənfəət götürmək mümkün deyil", - Aslandaş bildirib.
Xatırladaq ki, İranda baş verən bugünkü terror hücumlarında 12 nəfər ölüb, 39 nəfər yaralanıb.