“ABŞ-ın İrana yönəlik etdikləri səhvdir” – Türkiyədən açıqlama

Baxış sayı:
4741

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-İran gərginliyinə münasibət bildirib.
 
ABŞ-İran gərginliyində vasitəçi olmağa hazır olduqlarını bildirən Çavuşoğlu, bu sözləri deyib:
“Ehtiyac olsa, vasitəçi ola bilərik. ABŞ-a İrana yönəlik etdiklərinin səhv olduğunu söyləyirik. İrana da nüvə silahlari ilə əlaqədar razılaşmaya uymağı tövsiyə edirik. Digər tərəfdən, İrana yönəlik ABŞ sanksiyalarına qarşı olduğumuzu hər dəfə söylədik. INSTEX kimi mexanizmlərlə İrana əlimizdən gələn dəstəyi təmin edirik. İranın sabitliyi bölgə üçün çox əhəmiyyətlidir. Körfəz ölkələri də bu riskləri görməyə başladı və onlar da ABŞ-a sükunət çağırışı etməkdədirlər”.
Müxalifət.az