ABŞ-ın İrana qarşı təyyarə gəmisini göndərməsinin arxa planı

Baxış sayı:
5083

ABŞ-ın Daily Beast xəbər saytında yer alan və adı açıqlanmayan bəzi üst səviyyə Amerikalı nümayəndələrə əsaslandırılan iddia Amerika ictimaiyyətində əks-səda verib.
 
 Xəbərdə, Ağ Ev Milli Təhlükəsizlik nəsləhətçisi Con Boltonun rəhbərlik etdiyi Ağ Evdəki "şahin" qrupun İranla bağlı bir kəşfiyyat məlumatını olduğundan daha böyük şişirdərək bir təhdid kimi göstərməklə bölgəyə təyyarə gəmisi döyüş qrupu göndərilməsində mühüm rol oynadıqları iddia edilib.
 
KƏŞFİYYAT DOĞRUDUR, REAKSİYA ŞİŞİRDİLMİŞDİR
 
 “Daily Beast”-a danışan bir səlahiyyətli sözügedən məlumatın doğru olduğunu, ancaq hakimiyyətin bu kəşfiyyata həddindən artıq təpki verərək bölgəyə təyyarə gəmisi göndərdiyini bildirib.
Digər bir səlahiyyətli isə sözügedən kəşfiyyat məlumatına görə, İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Gücü Komandanı Qasım Süleymaninin "İraqdakı İrana bağlı qüvvələrə Amerika qoşunlarına qarşı təcavüz barədə göstəriş verdiyini" bildirildiyini deyib.
Bu kəşfiyyatın müzakirə olunduğu iclasda veriləcək cavabın "böyüdüldüyünü" qeyd edən səlahiyyətli, "Burada risk, səhv hesablama aparıb gərginliyi artıracaq aşağı səviyyəli bir (İran adından hərəkət edən) hərbi qurumdan söhbət gedir. Təhdid deyildiyi qədər yaxın olmasa da, biz bu təpkimizlə kəşfiyyata bir mesaj göndəririk" deyib.
Xəbərdə, bazar günü Ağ Evdə keçirilən milli təhlükəsizlik toplantısına qatılan bəzi şəxslərin İrana çox güclü bir mesaj göndərdiklərini, bunun nəticəsində də təyyarə gəmisi döyüş qrupunun göndərilməsi qərarının verildiyi iddia edilib.
Müxalifət.az