ABŞ-ın İrana qarşı sanksiyası rəsmən başladı: SANKSİYA NƏLƏRİ EHTİVA EDİR?

Baxış sayı:
5830

ABŞ prezidenti Donald Tramp, nüvə müqaviləsi çərçivəsində təxirə salınan İran sanksiyalarının ilk hissəsini yenidən həyata keçirməyə başlayıb.
 
İranın ABŞ dolları əldə etməsini, dövlət istiqrazı satmasını, qızıl və digər qiymətli metallar ilə polad, alüminium, kömür kimi metallarla ticarət etməsini və sərnişin təyyarə və ya hissələrini idxal etməsini əngəlləyən sanksiya paketi Vaşinqton saatı ilə 00.01 etibarilə rəsmən qüvvəyə minib.
Həmçinin, xarici şirkətlərin İranın avtomobil sektoruna daxil olmasının qarşısını alacaq sanksiyalar, ölkənin əl istehsalı xalça və Şam fıstığı kimi ərzaq məhsullarının ABŞ-a ixracını dayandırıb.
 
Sanksiyalara görə 1 milyon adam işsiz qala bilər
 
Enerji sektorunu əhatə edən ikinci hissəsi 5 noyabrda qüvvəyə minəcək sanksiyaların, son aylarda böhranın astanasına gələn İran iqtisadiyyatına böyük zərər verəcəyi bildirilir.
İranın əmək naziri Əli Rəbi də "Sanksiyalar səbəbindən təxminən 1 milyon İranlının işsiz qalacağını" bildirərək, ABŞ-ın tək tərəfli bu addımının ölkəsinə böyük zərər verəcəyini deyib.
Digər tərəfdən, ABŞ rəhbərliyi, sanksiyaları İran ilə ticarətini davam etdirən digər ölkələri əhatə edəcək şəkildə tətbiq edəcəyi üçün bu embarqo üçüncü ölkələrə də mənfi təsir edəcək. Ancaq ABŞ Xəzinə Nazirliyi, digər ölkələrin sanksiyalar səbəbilə uğrayacağı potensial zərərlərin ödənməyəcəyini açıqlayıb.
 
İranla münasibətlərini bitirməyənlər ciddi nəticələrlə üzləşəcək
 
ABŞ prezidenti Donald Tramp, İrana qarşı sanksiyaların yenidən fəaliyyətə başlamasına dair dünən verdiyi açıqlamada, ABŞ-ın sanksiyalara tam riayət edilməsini təmin etməyə qərarlı olduğunu və İranla münasibətlərini başa vurmayanların ciddi nəticələrlə qarşı-qarşıya qalacağını vurğulayıb.

Müxalifət.az