​ABŞ İrana qarşı “ölümcül sanksiyalar"ı işə salır – ÇÖKÜŞÜN BAŞLANĞICI

Baxış sayı:
5404

ABŞ-ın İrana qarşı sanksiyaları bu gündən tam qüvvəyə minir.
 
Bu sanksiyalara əsasən, ABŞ İran neftinin idxalı ilə bağlı indiyə qədər verdiyi imtiyazları ləğv edəcək.
 
Qeyd edək ki, ABŞ İran neftinə qarşı sanksiyaları keçən ilin noyabrında tətbiq edib. Sanksiyaların tətbiqindən sonra bir neçə dövlətə altı ay ərzində İran neftindən asılılıqlarını azaltmaları ilə bağlı izn verilib. Aprelin sonunda isə ABŞ bu imtiyazları tam ləğv edəcəyini açıqlayıb.
 
Vaşinqtonun bu qərarı dərhal neft bazarında kəskin reaksiyaya səbəb olub. “OPEK+” ölkələrinin bazarda neft defisitinə imkan verməyəcəkləri ilə bağlı bəyanatı bazarın müəyyən qədər stabilləşməsinə səbəb olub. Daha sonra analoji açıqlamanı ABŞ da verib. Belə ki, Vaşinqton İrandan sonrakı neft boşluğunu Səudiyyə Ərəbistanı və BƏƏ-nin dolduracağını açıqlayıb.