"ABŞ İrana qarşı kiber müharibə başlatdırıb" - RƏSMİ TEHRAN

Baxış sayı:
1204

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vaşinqtonu kiber müharibə etməkdə günahlandırıb.

Nazir müvafiq açıqlamanı NBC telekanalına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Zərifdən ABŞ kəşfiyyatının İranın ABŞ-da gələn ilin payızında keçiriləcək prezident seçkilərinə müdaxilə etmək istəyən ölkələr arasında olması barədə açıqlamasını şərh etməsi istənilib. Zərif buna belə cavab verib: "Seçkilərinizə müdaxilə etmək üçün seçimimiz yoxdur. Başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq bir kiber müharibə var, ABŞ bu kiber müharibəni başlatdırıb, nüvə obyektlərimizə təhlükəli və məsuliyyətsiz hücum edib, bu milyonlarla insanın ölümünə səbəb ola bilərdi".

Xarici İşlər naziri eyni zamanda, ABŞ və İsrail tərəfindən İranın nüvə proqramına zərər vermək üçün inkişaf etdirildiyi iddia edilən "Stuxnet" virusunu da xatırlatdırıb.(Trend)