​ABŞ-ın İran siyasəti sərtləşir: hərbi yol seçilə bilər? - Şərh

Baxış sayı:
7644

ABŞ İran razılaşmasının Tehrana verdiyi manevr imkanlarını məhdudlaşdırmaq üçün yeni diplomatik və siyasi-hüquqi tədbirlər həyata keçirə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O bildirib ki, İran məsələsinin həll edilməsi üçün əsas iki variant mövcuddur:
“Bunlardan birincisi nüvə razılaşmasının davam etdirilməsi yoludur. Rusiya, Çin, AB, Almanya, Böyük Britaniya, Fransa kimi beynəlxalq aktyorlar, əsasən, ABŞ demokratları, Dövlət Departamenti, Prezident Ruhaninin rəhbərlik etdiyi İran hakim dairələri bu yanaşmanı dəstəkləyir. Digər üsul isə anlaşmanın ləğvi və İranın hərbi yolla durdurulmasıdır. Seçki qabağı İran əleyhdarları, Tramp Adminstrasiyası, yəhudi lobbisi, Pentaqon, Netanyahu liderliyindəki İsrail, Səudiyyə Ərəbistanı isə bu yanaşmanın həyata keçirilməsinin tərəfdarıdır. İrandakı radikal mühafizəkarlar da bu mövqeni dəstəkləməyə görə təminedici səbəblər irəli sürür”.
N.Cəfərsoy vurğulayıb ki, ancaq bu iki yanaşmanın mübarazəsi ortaya 3-cü yol cıxara bilər:
“Məsələn, İrana Konqresin yeni embarqolar qoyması və ballistik raketlərə dair məsələnin yenidən gündəmə gəlməsi buna nümunə sayıla bilər. Bu çərçivədə Tehran rejiminin antidemokratik mahiyyət, etnik hüquqların tapdanması və terrora dəstək mövzuları daha çox müzakirə predmeti olmalıdır”.