ABŞ-İran savaşı: Kremlin planları təhdid altında

Baxış sayı:
511

ABŞ və Tehran arasındakı hərbi konflikt Rusiya üçün pat vəziyyətidir.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Die Velt” qəzeti çıxış edib.
“Vaşinqtonla Tehran arasında hərbi konflikt İran üçün dağıdıcı nəticələrə gətirib çıxarardı. Rusiya tərəfi üçün bu qarşıdurma pat vəziyyətidir. Moskva İranı dəstəkləyir, amma onu həm də İsraillə yaxın əlaqələr bağlayır. Tehranın zəifləməsi Moskvaya Suriya və Yaxın Şərqdə daha azad hərəkət imkanı verərdi, amma bu, həm də regionda ABŞ mövcudluğunun artmasına imkan yaradacaq. Bu isə Kremlin planlarını təhdid altında qoyacaq”, - deyə qəzet bildirib.