ABŞ-ın İran sanksiyasına məhəl qoymadılar: YENİ URAN ANLAŞMASI

Baxış sayı:
4870

İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kemalvendinin verdiyi açıqlamaya görə, İran, yaxında, 2015-ci ildə imzalanan nüvə müqaviləsi çərçivəsində Rusiyadan ikinci dəfə 20 faiz nisbətində zənginləşdirilmiş uran alacaq. İran bu uranı paytaxt Tehrandakı nüvə reaktorda istifadə etməyi planlaşdırır.
 
Qeyd edək ki, İran, ötən aprel ayında ABŞ-ın nüvə müqaviləsindən çıxdığı təqdirdə, texniki olaraq yenidən yüksək nisbətdə zənginləşdirilmiş uranın istehsalına başlamağa hazır olduğunu bəyan etmişdi.
 
"İkinci partiya isə yaxında İrana gəlmiş olacaq"
 
“Fars” Xəbər Agentliyinə açıqlama verən İran Atom Enerjisi Qurumunun sözçüsü Kemalvendi, "Nüvə müqaviləsini imzalayanda, zənginləşdirilmiş uran istehsalını 20 faiz nisbətində dayandırdıq və Rusiyadan 10 partiya zənginləşdirilmiş uran almaq müqaviləsi bağladıq. İlk partiyanı 7 ay öncə almışıq. İkinci partiya isə yaxında İrana gəlmiş olacaq" deyə, bildirib.
Hər bir partiyanın, bir illik istifadə üçün yetərli olduğuna işarə edən Kemalvendi, həmçinin Tehrandakı reaktor üçün ən azı 7- 8 il ərzində kifayət edəcək 20 faiz zənginləşdirilmiş urana sahib olduqlarını qeyd edib. Kemalvendi, Tehranın müqavilə çərçivəsində xaricdən yanacaq təmin edilməsi şərtilə uran istehsalını dayandırmaq qərarı aldığını da vurğulayıb.
Müxalifət.az