ABŞ: İran nefti müsəlmanlara dəyişir

Baxış sayı:
328

ABŞ dövlət katibi Mayk Pompeo İranın ali dini lideri ayətullah Əli Xameneyini neft tədarükü üçün müsəlmanları satmaqda ittiham edib.
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, o, fikirlərini "Twitter" hesabında yazıb.
"Xameneyi özünü dünya müsəlmanlarının lideri kimi qələmə verir, ancaq onun hökuməti yüz minlərlə müsəlmanı həbsə göndərən Çinin İran neftinin əsas alıcısı olması fikrini tamamilə inkar edir", - o bildirib.
Sentyabrın 13-də yayılan məlumatlara görə, ABŞ müsəlman uyğurların yaşadığı Sintsizyan-Uyğur avtonom respublikasındakı vəziyyət səbəbindən Çinə qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxır.  Bildirilib ki, uyğurları siyasi düşərgələrə göndərən yüksək vəzifəli məmurlar sanksiyalara məruz qalacaq.