«ABŞ-ın iqtisadi terrorçuluğuna qarşı duraq» – Ruhani Avropaya çağırış etdi

Baxış sayı:
9859

İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Hayko Maas ilə görüşü zamanı bəyan edib ki, Avropa Amerika Birləşmiş Ştatlarının (ABŞ) «iqtisadi terrorçuluğu»na qarşı birgə çıxış etməlidir.

O, ABŞ-ın Tehrana qarşı sanksiyalarını müharibə adlandırıb və bildirib ki, bu müharibə bütün tərəflərin maraqlarına ziddir, Avropanı isə fəaliyyətsizlikdə qınayıb.

Ruhani qeyd edib ki, Avropa İttifaqı (Aİ) il ərzində ABŞ sanksiyalarından yan keçmək istiqamətində heç bir tədbir görməyib.

«Avropadan möhkəmlik və ABŞ-ın İrana qarşı həyata keçirdiyi iqtisadi terrorçuluğa müqavimət göstərməyi gözləyirik» - deyə, prezidentin mətbuat xidməti ondan sitat gətirir.

Maas isə öz tərəfindən, ABŞ-ın nüvə sazişindən çıxmasını və sanksiyaların bərpasını səhv adlandırıb.