“ABŞ iqtisadi mənada çökür” - DÜNYAYA BƏYAN ETDİLƏR

Baxış sayı:
4513

Qərb mediası ABŞ-ın korlanmış hökumət və bacarıqsız rəsmiləri ilə yanaşı, ölkənin getdikcə daha çox borc bataqlığına sürüklədiyini bildirib.
 
“Counterpunch” jurnalı tərəfindən ordu xərclərinin ABŞ-ı iflasa sürüklədiyi, hökumətin və rəsmilərin isə xalqa yalan danışaraq hərbi ehtiyaclar üçün daha çox maliyyə tələb etdiyi qeyd edilib. Misal olaraq “Open the Pemerintah” təşkilatının apardığı araşdırmanın nəticələri göstərilir.
Araşdırma ABŞ əsgərlərinin hərbi sahə ilə heç bir əlaqəsi olmayan işlərə böyük miqdarda pul xərclədiyini ortaya qoyub. Hesabatda, hərbi rəsmilərin 9241 dollara bir kreslo, 53 min dollara çini yemək dəsti, 308 min dollara spirt və hətta 4.6 milyon dollara da lazımsız bir sıra əşyalarını alındığı bildirilir.
Həmçinin ABŞ hökumətinin vergi gəlirlərindən əldə etdiyindən daha çox xərclədiyi, bu üzdən digər ölkələrdən böyük borc almaq məcburiyyətində qaldığı vurğulanıb. Bu pullar yalnız dövlət qurumlarının maliyyələşdirilməsinə və dünya miqyasında başa çatmayan müharibələrə sərf olunarkən, təhsil, səhiyyə, infrastruktur sahələrinin azalmada olduğu ifadə edilib.
 
ROMA DA ELƏ DAĞILDI
 
Hərbi imperiyaların son qəpiyə qədər xərcləyərək labüd olaraq yox olduğu xatırladılan yazıda, "Roma belə dağıldı. İndi yenidən eyni şey ABŞ-da olur. Amerika imperatorluğu çökür" deyib.
 
2001-dən BU YANA XARİCDƏ 4.7 TRİLYON XƏRCLƏNİB
 
 ABŞ-ın gün keçdikcə borc bataqlığına sürükləndiyini, hətta maliyyələşdirmə ilə bağlı bütün qərarların ölkənin hərbi sənaye kompleksi tərəfindən verildiyini yazan Whitehead, Vaşinqtonun 2001-dən bu yana xaricdə 4.7 trilyon dollar sərf etdiyinə diqqət çəkərək ölkə borcunun hər saat 32 milyon dollar artdığını, hökumətin isə İraqda bir neçə saniyə ərzində xərclədiyinin orta hesabla bir Amerikalının bir ildə qazandığından daha çox olduğunu qeyd edib.

Müxalifət.az