ABŞ-ın iqtisadi hücumuna qarşı Türkiyədən YENİ HƏMLƏ

Baxış sayı:
6244

Muxalifet.az xəbər verir ki, Türkiyə sentyabrın 19-da Yaponiyanın 250 şirkətinin baş icraçı direktorlarını qəbul edəcək. Türk sənaye şirkətləri ilə əlaqə yaratmaq niyyətində olan bu nəhəng şirkətlərin ümumi dövriyyələri trilyon dollarlarla ölçülür.

Türkiyə-Yaponiya Biznes Forumunda “Mitsubuşi”nin prezidenti, “Toyota”nın vitse-prezidenti də iştirak edəcək.

Hədəf 1 milyard dollarlıq ixracatdır

Türkiyə Yaponiyaya 400 milyon dollarlıq məhsul ixrac edir, Yaponiyadan isə 4 milyard dollarlıq məhsul idxal edir. Türkiyə qarşıdakı 2 ildə Yaponiyadan ixracatı 1 milyard dollara çıxarmağı hədəfə alıb. Türkiyənin Yaponiyaya satdığı malların 50 faizi su məhsullarıdır. Bundan başqa, Yaponiya Türkiyənin tekstil məhsullarının ixracatı üçün çox yaxşı bazardır.