ABŞ-ın İngiltərə səfiri: "NATO ölkələri Çin və Rusiyaya qarşı birləşməlidir"

Baxış sayı:
7846

NATO ölkələri Rusiya və Çinin qarşısında birləşməlidirlər, deyə ABŞ-ın Britaniyadakı səfiri Robert Wood Johnson "The Daily Telegraph" nəşrindəki məqaləsində yazır.
Şimali Atlantika Alyansı 70 il əvvəl qurulmuş və bu müddət ərzində hər yeni nəsildə yeni çətinliklərlə üzləşmiş, onlara uyğunlaşmış və daha da güclənmişdir. Hərbi blokun müvəffəqiyyətinin göstəricisi əvvəlcə 12 ölkədən ibarət olmasına baxmayaraq indi 29 ölkəni öz tərkibiində birləşdirməsidir. Bundan başqa, hətta alyansının bəzi əleyhdarları da soyuq müharibə illərində NATO-ya üzv oldular.
“İndi bir milyard insan NATO tərəfindən qorunur – bu heyrətamiz bir rəqəmdir, çünki bu dünya əhalisinin yeddidə bir hissəsidir. Sadə formada desək, bu, dünyada indiyə qədər mövcud ən irimiqyaslı ittifaqdır. Alyans, qurulduğu gün necə zəruri idisə, bu gün də eyni cür zəruridir"deyə məqalədə bildirilir.
Səfir qeyd edir ki, hal – hazırda fərdi və kollektiv təhlükəsizliyə qarşı ciddi təhdidlər yenidən mövcuddur.
“Rusiyanın təcavüzü ön plana qayıdıb. Biz Rusiya hərbçiləri və Moskvaya tabe olan qüvvələrin Ukrayna və Gürcüstan ərazilərini qanunsuz olaraq necə işğal etdiyini gördük. Putin Rusiyasının hakimiyyət institutlarını, seçkiləri və Qərbin informasiya sahəsini hədəf olaraq necə seçdiyini müşahidə etdik.
"Biz hətta Kremlin dəstəklədiyi qatillərin İngiltərədə sinir iflici yaradan maddədən necə istifadə etdiyini, nəticədə bir İngiltərə vətəndaşını öldürdüyünü və daha çox insanı riskə məruz qoyduğunu gördük" dedi.
Bununla yanaşı, Rusiya yeganə təhlükə deyil, deyə diplomat qeyd edir. Qlobal terror qruplaşmaları tərəfindən daimi təhlükə var.
İran kimi ölkələr də ciddi nüvə, kibernetik və terror təhlükəsi yaradır. Lakin, bir çox mütəxəssisin proqnozlaşdırdığı kimi, məhz Çin daha böyük problemə çevrilə bilər.
"Söhbət NATO-nun yarandığı vaxt qarşılaşdığı kütləvi hərbi təhiddən getmir, yeni qarşıdurmadan gedir. Bu gün Çin Kommunist Partiyasının Qərbə və onun dəyərlərinə hansı dərəcədə düşmən olduğunu bilirik".
ABŞ səfiri qeyd edir ki, Vaşinqton Hong Kongdakı vəziyyəti narahatlıqla "izləyir". Məqalədə deyilir ki, Pekinin bu hadisələrə reaksiyası onun gələcəkdə oynayacağı rol barədə çox şey söyləyəcək.
“Əlbəttə ki, yalnız bir şey demək olar: NATO istənilən istiqamətdə və istənilən formada istənilən təhdidlərə hazır olmalıdır. Biz özümüzü kosmosda və kiberməkanda, həm havada, həm quruda, həm də dənizdə müdafiə etməyə hazır olmalıyıq ", səfir dedi.
Muxalifet.az