ABŞ indi də Fələstinə iqtisadi BLOKADA QƏRARI VERDİ

Baxış sayı:
37

Trampın Qüdsü İsrailin paytaxtı tanımaq qərarına paralel olaraq ABŞ rəhbərliyi Fələstinə qarşı iqtisadi blokada üçün də düyməyə basdı.
 
ABŞ Konqresinin Nümayəndələr Palatası, Fələstinə edilən yardımları dayandırma qərarı alıb. Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində İsrail tərəfindən cəzalandırılan ya da nəzarətə alınan Fələstinli ailələrə ödənilən 300 milyon dollarlıq pul yardımının dayandırılması qərara alınıb. Demokrat və Respublikaçıların birgə səsləri ilə qəbul edilən layihə mətnində, Xarici İşlər Nazirliyindən layihə qəbul olunana qədər ABŞ-ın Fələstinlilərə yardım etməsini dayandırması tələb olunub. Həmçinin Fələstin Hökumətindən həbsə atılan fələstinlilərə və ya onların ailələrinə göstərilən maliyyə ödəmənin ləğv edilməsi tələb edilib.
 
 Hədəf Qüdsdür
 
Keçən il Təl-Əvivdə bir fələstinli tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı Amerikalı tələbə Teylor Forceun adının verildiyi qanun layihəsində digər ianəçi ölkələrə də Fələstinə edilən yardımları kəsmək çağırışı edilir. Layihənin qanuna minməsi üçün ABŞ senatı tərəfindən də təsdiq olunması və prezident Tramp tərəfindən də imzalanmalıdır. Layihədə nəzərdə tutulan yardımların kəsilməsi Qərbi Şeriyada xidmət edən fələstinli təhlükəsizlik güclərinə təsir göstərməyəcək.Qanunvericilik dəyişikliklərinin nəticəsi olaraq iqtisadi blokada qərarı Qərbi Şeriyanı kənarda qoyub, yalnız Qüdsü əhatə etməsi bir daha göstərir ki, hədəf yalnız Qüdsdür.
Qanun layihəsinin və Trampın “Qüds” qərarı ilə eyni zaman çərçivəsində baş verməsi, ABŞ-dan Fələstinə qarşı həm siyasi, həm də iqtisadi hücum kimi şərh olundu.
Müxalifət.az