ABŞ incəsənət komitəsi istefaya getdi — Trampı da eyni addımı atmağa səslədilər

ABŞ-da prezidentin mədəniyyət və təhsil komitəsinin üzvləri tam heyətlə istefaya gediblər.
 
ABŞ prezidenti Donald Trampın ritorikası ilə razılaşmayan komitə bu addımı atıb. Üzvlər eyni zamanda Trampı da istefa verməyə səsləyiblər.
Üzvlərin Trampa yazdığı və istefalarının qəbul edilməsinin rica edildiyi məktubda deyilir: "Həqiqəti söyləmək hər zaman asan olmur. Amma cənab prezident, şura üzvləri olaraq bizim rolumuz ondan ibarətdir ki, ritorikanızı qəbul etsək, sizin sözləriniz və hərəkətlərinizin iştirakçısı ola bilərik".
Məktub belə davam edir: "Sizin dəyərlər amerikan dəyərləri deyil. Biz ən yaxşısını etməli, ən yaxşı olmalıyıq. Əgər siz bunu anlamırsınızsa, sizdən xahiş edirik, postunuzu təhvil verin".
Şuranın 17 üzvündən 16-ı məktubu imzalayıb.