ABŞ illərdir dünyanı aldadıb

Baxış sayı:
3055

“New York Times”-ın xəbərində, ABŞ rəsmilərinin, 2001-ci ildən bu yana Əfqanıstandakı vəziyyətin irəliləyişinə dair şişirdilmiş və yanlış hesabatlar yaymaqla, ictimaiyyətə yalan məlumat verdiyini bildirilib.
 
ƏFQAN HÖKUMƏTİ ÖLKƏNİN 29 FAİZİNƏ NƏZARƏT EDİR
 
ABŞ-ın, Əfqan hökumətinin ölkənin 56 faizini nəzarət altında saxladığını irəli sürdüyünə işarə edilən xəbərdə, bunun əksi iddia edilib və hökumətin ölkənin yalnız 29 faizlik bir qismi nəzarət etdiyi qeyd edilib.
Əfqanıstandakı toqquşmalarda 2200 ABŞ əsgərinin öldüyünə və ABŞ-ın Talibanla mübarizə və ölkəni yenidən inşa etmək üçün 840 milyard dollar sərf etdiyinə işarə edilən xəbərdə, bu rəqəmin İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən inşası üçün Marşal Planı çərçivəsində xərclənən rəqəmdən daha çox olduğu vurğulanıb.
Bu xərclərin Amerikalıların təpkisinə səbəb olacağı üçün, buna görə də ABŞ hökumətinin Talibanın məğlub olduğu şəklində yalançı bir mənzərə yaratdığına toxunulan xəbərdə, xalqa verilən məlumatların əksinə, 2017-dən bu yana Talibanın ABŞ-ın işğalından bəri ən çox Əfqan torpağını əlində tutduğu qeyd olunub.
Xəbərdə, ABŞ-ın yalnız müharibənin irəliləyişi məsələsində deyil, Əfqanıstandakı həyat şəraiti mövzusunda da yanlış məlumatlar verdiyi bildirilib.
ABŞ hökumətinin 2010-da yayımladığı bir hesabatda, Əfqanların orta ömür müddətinin 63 olduğunun qeyd edildiyinə diqqəti çəkən xəbərdə, Dünya Səhiyyə Təşkilatının (DSÖ) 2009-dakı hesabatında bu ölkədə orta ömür müddətini 48 olaraq verdiyi, kiçik yaşdakı uşaqların ölüm nisbətinin yüksək olduğu məlumatını paylaşdığı qeyd edilib.
Bundan başqa, ABŞ Mərkəzi Xəbər Alma Təşkilatı (MKİ) ötən builki hesabatında da Əfqanların həyat müddətinin 51 olduğunun qeyd edildiyi bildirilib.
Müxalifət.az