ABŞ ilə müharibənin bitdiyini bildirdilər!

Baxış sayı:
580

Şimali Koreyanın rəsmi qəzeti “Rodong Sinn”-də dərc olunan yazıda, "Şimali Koreyanın atəşkəs elanı, yalnız Koreya yarımadasında deyil, həm də regionda və dünya miqyasında sülhün və təhlükəsizliyin təmin edilməsindəki ilk addımdır" deyə, qeyd olunub.
 
Qəzet, atəşkəsin ABŞ və Şimali Koreyanın hərbi qanadlarının da birgə bəyannamə ilə çıxış etməsinin regionda etimadın təmin olunması üçün lazımi şərait yaradacağını açıqlayıb. Qəzetdəki açıqlamada, Şimali Koreya hökuməti ABŞ tərəfinə, müharibəyə son verməyi və atəşkəs anlaşmasını sülh sazişinə çevirməyi təklif edib.
Qeyd edək ki, Şimali Koreya Lideri Kim Jong ilə ABŞ prezidenti Donald Tramp, iyulun 12-də Sinqapurda bir araya gəlib, birgə bəyannamə imzalamışdılar.
Müxalifət.az