“ABŞ ilə əlaqələrimiz hər gün daha pisləşir” - Putin

Baxış sayı:
7594

Rusiyanın dövlət başçısı Vladimir Putin Rusiya və ABŞ-ın əlaqələrinin pisləşdiyini, gün keçdikcə daha da pisə doğru getdiyini söyləyib. Putin 'Mir' TV kanalına etdiyi açıqlamada, "Əlaqələr pisləşir, gün keçdikcə daha da pisə doğru gedir. Son illərdə mövcud ABŞ rəhbərliyi Rusiyaya qarşı sanksiyalarla əlaqədar onlarla qərar verdi" deyə bildirib. Putin "Məntiqin gec-tez sonda üstün gələcəyinə ümid edirik. Biz Amerikalı tərəfdaşlarımız da daxil, bütün tərədaşlarımızla önümüzdəki G-20 zirvəsi çərçivəsində faydalı qərarlar qəbul edə biləcəyimizi, iqtisadiyyat sahəsində əməkdaşlıq üçün lazımlı sabit şərtlərin yaradıla biləcəyinə ümid edirik" deyə söyləyib. Müxalifət.az