​ABŞ İLƏ İSRAİLİN İSTƏYİ BAŞ TUTMAYA BİLƏR - ALMANİYA BƏYAN ETDİ!

Baxış sayı:
4042

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Almaniya İran ilə nüvə anlaşmasından geri çəkilmək üçün heç bir səbəbin olmadığını bəyan edib.
Hazırda Efiopiyada rəsmi səfərdə olan Almaniyanın xarici işlər naziri Haiko Maas ABŞ-ın İran ilə nüvə müqaviləsini ləğv edəcəyinə inanmadıqlarını bildirərək deyib: “Almaniyanın bu müqavilədən imtina eləməsi üçün heç bir səbəb yoxdur”.
O, Efiopiyada Afrika Birliyi Komissiyasının sədr müavini Kvesi Quarti ilə görüşüb. Maas görüşdən sonrakı mətbuat konfransında İsrailin baş naziri Binyamin Netanyahunun İsrail kəşfiyyatının İranın nüvə silahı istehsal eləmək üçün məxfi proqram üzərində işlədiyinə dair dəlillər əldə elədiyi açıqlaması barəsində belə deyib: “Netanyahunun təqdim elədiyi sənədlər köhnədirlər. Onların bir çoxundan onsuz da xəbərdar idik”.
ABŞ rəhbərliyi ilə bu məsələ barəsində dialoq apardılarını və ABŞ-ın razılaşmadan imtina eləməməsini istədiklərini bildirən Maas ABŞ prezidenti Donald Trampın müqaviləni pozmayacağına inandıqlarını bildirib.