ABŞ İLƏ FRANSA RAZILAŞDI: "TÜRKİYƏ DƏ BİZƏ QOŞULSUN"

Baxış sayı:
3637

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Çinin təqdir eləmədiyi yeni müqavilə ilə Tehran iqtidarının Yaxın Şərqdəki nüfuzunu azaltmağı hədəfə alıblar. Onlar İran ilə yeni bir nüvə anlaşması imzalamaq məsələsində razılığa gəliblər və bu yeni müqaviləyə İranın nüvə proqramını nəzarətə almaq ilə yanaşı, bu ölkənin regiondakı nüfuzunu azaldacaq maddələr də daxil eləmək istəyirlər. Açıqlama iki liderin Ağ Evdəki görüşündən sonra verilib.
ABŞ prezidenti Donald Tramp birgə mətbuat konfransında 2015-ci ildə İranla birlikdə imzalanmış nüvə razılaşmasını sərt tənqid edib və istəklərinin yerinə yetirilməyəcəyi təqdirdə, mayın 12-də müqavilədən tamamilə imtina edəcəklərini bildirib.
ABŞ bu müqavilədən imtina edərsə, İrana yenidən iqtisadi sanksiyalar tətbiq eləməyə başlayacaq.
 
"Rusiya ilə Türkiyənin də bu prosesə qoşulmasını istəyirik"
 
ABŞ-da üçgünlük rəsmi səfərdə olan Fransa prezidenti hazırda mövcud olan razılaşmanın İranın nüvə proqramına az da olma nəzarət eləmək imkanı verdiyini və bu səbəbdən təqdirə layiq olduğunu deməklə yanaşı, İranla yeni müqavilə bağlamağın razı olduğunu bildirib. Makron yeni müqaviləyə İranın ballistik raket proqramı və Tehranın regiondakı təsirinin azaldırlması ilə bağlı maddələrin də daxil olmasının lazım olduğunu vurğulayıb. Makron deyib: “Prezident Tramp ilə danışıqlarımızın yeni bir razılaşmanın qarşısını açacağını düşünürəm... regional qüvvələrlə yanaşı, əlbəttə ki, Rusiya ilə Türkiyənin də bu prosesə qoşulmasını istəyirik”.
Amerika və Fransa mediası yeni müqavilə ilə İranın Yəmən, Suriya, İraq və Livandakı dəaliyyətlərini məhdudlaşdırmaq məqsədinin güdüldüyünü yazıb.
İranın xarici işlər naziri Məhəmməd Çavad Zərif isə çıxışlarının birində bəyan eləmişdi ki, ABŞ-ın müqavilədən tamamilə imtina edəcəyi təqdirdə, İran yenidən uranı zənginləşdirməyə başlayacaq.
Makrondan sonra Almaniyanın baş naziri Angela Merkelin ABŞ-a səfər edəcəyi gözlənilir.