ABŞ ilə böyük böhran: “Pompeo vəzifədən azad olunsun” tələbi

Baxış sayı:
12160

 Şimali Koreya ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun Pyongyang ilə Vaşinqton rəhbərlikləri arasında aparılan nüvə danışıqlardakı baş müzakirəçi vəzifəsindən alınmasını tələb edib.
 
Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə kollegiya sədri Kvon Jong Gun rəsmi “KCNA” agentliyinə verdiyi açıqlamada, ABŞ xarici işlər naziri Mayk Pompeonu "laqeyd və anlamsız" bəyanatlar verməklə günahlandırıb.
Kwon, Pyongyangın Pompeonun liderliyində bir dialoqu arzu etmədiklərini, ABŞ dövlət katibinin baş müzakirəçiliyini davam etdirdiyi təqdirdə görüşlərin bir daha pisləşəcəyini qeyd edib.
 
Kvon Jong Gun, "ABŞ ilə dialoqun davam etdiyi təqdirdə dialoq tərəfdaşlarının Pompeo deyil, onlarla ünsiyyət qurmaq məsələsində daha yetkin və diqqətli birinin olmasını arzu etdiklərini" vurğulayıb.
ABŞ dövlət katibinin qiymətləndirməsinə də təpki göstərən Kvon, "Kim Yong çıxışında ABŞ-ın ilin sonuna qədər davranış üsulunu dəyişməsi və qarşı tədbirlər ortaya qoyması lazım olduğunu söylədiyini hamı dərhal anladı. Təkcə ABŞ xarici işlər naziri Pompeo bunun Şimali Koreya ilə ABŞ arasında işçi səviyyəsində müzakirələrin ilin sonunadək bitirilməsi anlamına gəldiyini söyləyərək absurd danışır" deyib.
Qeyd edək ki, Şimali Koreya dünən taktiki yeni bir nüvə silahı sınadığını bəyan etmişdi.
Müxalifət.az