ABŞ-ın ikili Səudiyyə standartı: Konqresmen tənqid etdi

Baxış sayı:
3865

Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə seçilən ilk hicablı Müsəlman qadın Elxan Omar, bu gün komitədə ABŞ-ın Yəməndəki vətəndaş müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstəyin kəsilməsinə yönəlik qanun layihəsinin müzakirə olunduğu sessiyada iştirak edib.
 
 Omar burada etdiyi çıxışında, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə Husilərə qarşı apardığı müharibənin dünyada ən böyük humanitar böhranlardan birinə yol açdığına işarə edərək, "Son 3 il yarımda 17 mindən çox insan öldürülüb. 40 min nəfər yaralanıb. 3 milyon nəfər ölkə içində yerindən edilib. 22 milyon insan yardıma möhtacdır. Milyonlarla insan aclıq içindədir. Səudiyyə Ərəbistanı rəhbərliyindəki müharibə səbəbindən vəba virusu var. Bu, tarixdəki ən pis vəba epidemiyalarından biridir" deyib.
Anadolu Agentliyinin xəbərinə görə, Yaxın Şərqdəki digər ölkələrin insan haqları pozuntuları və bölgə stabilliyini pozmağa yönələn hərəkətləri barədə ABŞ-ın sürətli hərəkətə keçdiyini xatırladan Omar, Səudiyyə Ərəbistanı məsələsində niyə analoji addımların atılmadığını soruşub.
Omar toplantıdan sonra sosial media hesabında etdiyi çıxışın videosunu paylaşaraq, "Niyə Səudiyyə Ərəbistanını digər ölkələrlə eyni insan haqları standartlarına tabe tutmuruq" deyə ritorik sual edib.
Müxalifət.az