​ABŞ “İkibaşlı qartal”la Kremlin müttəfiqini əlindən alır

Serbiya və ABŞ birgə hərbi təlim keçirəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Avropadakı qoşunlarının mətbuat xidməti yayıb. “İkibaşlı qartal” adlanan hərbi təlim bu gün start götürəcək və noyabrın 17-nə qədər davam edəcək. Təlimdə məqsəd tərəflər arasında hərbi əməkdaşlığın genişləndirilməsi, Balkanlarda təhlükəsizliyin gücləndirilməsi olacaq. Təlim Serbiyada baş tutacaq.
Qeyd edək ki, Serbiya Rusiyanın Balkan yarımadasında əsas müttəfiqi hesab edilir. Rəsmi Belqrad bundan öncə NATO-ya heç vaxt üzv olmayacağını bildirib.