ABŞ-ın İKİ QLOBAL HƏDƏFİ: NİŞANGAHDA ƏRDOĞANDIR - TƏHLİL

ABŞ-ın qlobal layihələrini əngəlləyən Türkiyəyə dörd yöndən hücum edilir. Əvvəl Suriyadakı PKK/PYD-yə minlərlə TIR dolu ağır silahlar göndərilib. Sonra Rza Zərrab casus əməliyyatını dövriyyəyə buraxıb. Son olaraq da NATO-dakı qalmaqallar...Məqsəd isə regional liderlikdən qlobal oyunçuya çevrilmək yönündə irəliləyən Türkiyəni mühasirəyə almaq və ABŞ siyasətlərinə qarşı durmayan, 15 il əvvəl olduğu kimi, nə deyilsə, “bəli” deyəcək bir hökumət qurmaq, bir sözlə Ərdoğan və AK Partiyadan qurtulmaqdır.
 
Türkiyə regional güc olmaqdan qlobal güc olmağa doğru irəliləyən, sərhədləri xaricində 1.5 milyardlıq Türk-İslam coğrafiyasını yönəldəcək vəziyyətə gəlmişdir. Və belə bir güclü Türkiyə ABŞ başda olmaqla, dünya güclərini məmnun etmir. O baxımdan, Türkiyəni dayandırmaq üçün müxtəlif yönlərdən hücumlar edilir, daxildə və xaricdəki bütün Türkiyə düşmanları olan terroristlər hərəkətə gətirilir, iqtisadi yöndə hər cür hiylə və fırıldaqlar dövriyyəyə buraxılır, dolların dəyərinin süni olaraq qaldırılması ilə ölkə iqtisadiyyatının çökdürülməsi, Rza Zərrab əməliyyatı ilə dövlət rəhbərliyi üçün hüquqi zəmində məhdudiyyətlərin yaradılması istənilir. Bu saydıqlarımız Türkiyə üçün süni olaraq yaradılan problemlərdən sadəcə bir neçəsidir. Bu oyunların başında isə ABŞ durur.
ABŞ-ın bu anda ki qlobal hədəfi vardır: Sakit okean və Yaxın Şərqin yenidən formalaşdırılması. Bu yöndə ABŞ 22 ölkənin sərhədlərini dəyişmək planını addım-addım həyata keçirir. Suriya və İraqdan sonra hədəfdə İranın, sonra da Türkiyənin olduğu bəllidir. Bu sərhədləri dəyişdirib, mümkün olduğu qədər mövcud dövlətlərin kiçildilməsi tələb olunur. Və bütün bunlar İsrailin təhlükəsizliyinə xidmət edir. Bu kontekstdə İsrailin təhlükəsizliyi, ABŞ-ın təhlükəsizliyi kimi qəbul edilir. Və bütün bunların həyata keçirilməsi üçün onların qarşısında duran bir əngəl var, o da Ərdoğan hakimiyyətidir. Ona görə də, bu oyunlarla Ərdoğan hakimiyyətinin hər vəchlə xalqın gözündə etibarsızlaşdırılması siyasəti yürüdülür.
 
 İRAN ƏMƏLİYYATINA HAZIRLIQ
 
ABŞ-ın Suriya və İraqdan sonra növbəti hədəfinin İran olduğu bəllidir. ABŞ-ın növbəti hədəfi olan İranı daxildən azərbaycan türkləri və kürd əhalisini istifadə edərək qarışdırmaqla, kənardan da lazım olanda Suriya və İraqda olduğu kimi, hərbi əməliyyat keçirməyi düşünürlər. Burada da əsas həyati rol məhz Türkiyədədir. Çünki Türk hökuməti bu əməliyyata qarşı çıxarsa, İranı bölmək mümkün olmayacaq və bunu ABŞ-da çox gözəl anlayırlar. Düşünürlər ki, Türkiyədə mövcud hökumət dəyişsə, həm İran rahat hədəf halına gələ, həm də Türkiyədəki NATO və ABŞ hərbi infrastrukturu İrana qarşı istifadə edilə bilər. Türkiyə əleyhində baş verən son proseslərə də məhz bu kontekstdə baxmaq lazımdır.
Bu gün Türkiyə ilə ABŞ münasibətlərindəki gərginliyin və NATO böhranlarının arxasındakı hədəf Türk hökumətinin küncə sıxışdırılmasıdır. Anlayırlar ki, Türkiyənin Rusiya və Çinin iştirak etdiyi ŞANXAY təşkilatına üzv, yaxud o güc mərkəzinə meyllənməsi İsraili çətin vəziyyətdə qoya bilər. Bu üzdən Türkiyədəki mövcud hökuməti birdəfəlik xərcləməklə, bundan sonrakı əməkdaşlığa yeni hökumətlə davam etmək istəyindədirlər.
 
 ABŞ-ın VALYUTA OYUNUNU XALQ POZDU
 
ABŞ Mərkəz Bankının 2018-ci ildəki addımlarının qeyri-müəyyənliyi və bunun inkişaf etməkdə olan bazarlara təsiri, Türkiyənin cənub sərhədindəki qeyri-sabit vəziyyətlə İran-Səudiyyə gərginliyinin artması kimi səbəblərin də təsirli olduğunu, ancaq əsl səbəbin Qlobal maliyyə qruplarının Türkiyəyə yönəlik valyuta əməliyyatı olduğu bəllidir. Türkiyənin ətrafındakı siyasi və humanitar atmosferi zəhərləməyə çalışanlar, beynəlxalq mediada davamlı olaraq Türkiyə əleyhinə informasiyalar, təhlillər yazdırırlar. Birjalarda davamlı olaraqTürkiyə əleyhinə xəbərlər yayırlar. Bazar və birjalar da bu xəbərlərdən təsirlənir. Bu və buna bənzər hərəkətlərlə, yanacağın qiymətlərinin qalxmasına səbəb olurlar ki, bununla da hər kəsə təsir edən iqtisadi təxribatlarla ictimai narazılıq yaratmaq istəyirlər. Hələlik ayıq-sayıq olan Türk insanın sayəsində bu cür valyuta fırldaqları ilə istədikləri krizisi yaratmaq mümkün olmayıb. Məhz Türk xalqı 1.5 ay ərzində əllərindəki 11 milyard dolları türk lirəsinə çevirməklə qlobal oyun pozub.
Müxalifət.az