​“ABŞ İdlib məsələsini qabartmaqla...” – RUSİYA NÜMAYƏNDƏSİNDƏN AÇIQLAMA

Baxış sayı:
1375

ABŞ Suriyanın digər bölgələrində yaşananları göstərməmək üçün İdlib məsələsi ilə gündəmi idarə edir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. O bildirib ki, ABŞ İdlib məsələsini qabartmaqla, Suriyanın digər bölgələrində olan ordusunun varlığını gündəmdən uzaq tutmağa çalışır:
"İdlib Suriyanın digər bölgələrindəki hadisələrin manipulyasıdır. 17 sentyabrda baş tutan Rusiya və Türkiyə liderlərinin konfransı ərəfəsində fəlakət atmosferi yaradıldı. İdlib hücumunun 21-ci əsrin ən böyük humanitar fəlakətə səbəb olduğu vurğulandı. Burada mülki vətəndaşların müdafiəsinin başqa səbəbləri də var".