​ABŞ-ı Trampdan xilas etməyin vaxtı çatıb - Obama

Baxış sayı:
340

Hazırkı ABŞ Prezidenti Donald Tramp amerikalıların qorxu və qəzəbindən faydalanır ki, bu da amerikalıların arasındakı birliyi parçalayır.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, hakimiyyətə sahib olan insanlar amerikalıların parçalanmış, pis niyyətli olaraq qalmalarını istəyirlər:
“Bu onlara status-kvonu saxlamağa imkan verir. Bu parçalanma Donald Trampla başlamayıb. O səbəb deyil, nəticədir. O, sadəcə olaraq seçicilərin indiyə qədər siyasətçilərlə bağlı toplanan şikayətlərindən faydalanmağa çalışır”.
Onun sözlərinə görə, amerikalıların ABŞ-ı Trampdan xilas etmək vaxtı çatıb. O bunun üçün amerikalıların Konqres seçkisinə gəlməli olduğunu deyib.