ABŞ-ı təhdid etdi! “Mənim kimi bir düşmənlə qarşılaşmadınız”

Baxış sayı:
9637

İlk ticari antivürüs proqramının qurucusu və kripto pul sektorunun ''dəli'' adı olaraq bilinən Con McAfeenin Twitter hesabından etdiyi açıqlama, gündəmə bomba kimi düşüb.
 
Bazar günü başlatdığı Tweet silsiləsi ilə korlanmış rəsmiləri və MKİ casuslarını ifşa etmə sözü verən McAfee, vergilərə görə təzyiq olunduğu təqdirdə sui-istifadələri sübut edən çox sayda sənədin sızdırılacağını irəli sürüb.
 Hökumətin sui-istifadələri ilə əlaqədar sənədləri yığdığını iddia edən McAfee, ''Həbs olunduğumda və ya ortadan qaldırıldığımda bütün məlumatı yayınlayacağam'' deyib. McAfee yalan danışmadığını göstərmək üçün də sui-istifadəyə adı qarışmış iki rəsmi və bir MKİ casusuunun adını da paylaşıb.
 
"DAHA ƏVVƏL MƏNİM KİMİ DÜŞMƏNLƏ QARŞILAŞMADINIZ"
 
ABŞ hökumətini torpağa göməcəyini söyləyən McAfee, ''ABŞ Hökuməti daha əvvəl mənim kimi bir düşmənlə heç qarşılaşmadı və artıq bu hücuma məruz qalmayacağam'' deyib.
Daha əvvəl cinayətdən ittiham olunan McAfee, Florida məhkəməsinin mart ayındakı ''25 milyon dollarlıq səhvli ölüm'' iddiasında günahkar hesab edilib. McAfee qonşusunun tutduğu bir kiralıq qatil tərəfindən öldürüldüyü iddialarını rədd edib.
 Vergi ödəmədiyi ittihamından qaçan McAfee, Kariblərdə adını ''azadlıq gəmisi'' qoyduğu bir yatta yaşayır. Sürgündəki McAfee yanvar ayında prezidentliyə namizəd olduğunu da açıqlamışdı.
Müxalifət.az