ABŞ-ı tamamilə məhv edə biləcək raket hazır oldu

Baxış sayı:
9067

Rusiya prezidenti Vladimir Putin bu gün etdiyi açıqlamada, Rusiyanın yeni nəsil hipersonik qitələrarası ballistik raketi “Sarmat”ın son test mərhələsinə gəldiyini bildirib. “Xəncər” adlı hipersonik sürətlə hərəkət edə bilən raket və lazer silah sistemi “Peresvet”in testlərinin tamamlandığını da qeyd edən Putin, bu sistemin inventara qəbul edildiyini ifadə edib.
 
 Putin məsələ ilə bağlı verdiyi açıqlamasının davamında, "Ordunu hərtərəfli şəkildə inkişaf etdirmək və silahlı qüvvələrə inkişaf etmiş hərbi təhcizat təmin etmək üçün son illərdə aparılan böyük miqyaslı sistematik işlərimiz davam edir. Hipersonik qanadlı planer strateji raket sistemi “Avanqard” qitələrarası balistik raket (ICBM) potensialını əhəmiyyətli dərəcədə artıracaq" deyə söyləyib.
Qeyd edək ki, 2019-ci ilin əvvəlində rus hərbi ekspert Aleksey Leonkov ABŞ-ın bütün əhalisinin məhv edilməsi üçün 10 ədəd RS-28 Sarmat qitələrarası ballistik raketinin yetərli olacağını yazmışdı.
Müxalifət.az