ABŞ-ı silkələyən hadisə! “İçəri girərsə bombalayarıq”

Baxış sayı:
7606

 Amerika Birləşmiş Ştatları Konqresinin ilk hicablı Müsəlman üzvü Elxan Omarın bombalı hücumla hədələndiyi bəlli olub.
 
ABŞ Konqresinin ilk hicablı Müsəlman üzvü Elxan Omarın bir proqram üçün getdiyi Los Ancelesdə qaldığı otelə bombalı hücum təhdidi edildiyi ortaya çıxıb.
“The Blast” adlı internet portalının əldə etdiyi məhkəmə sənədlərinə görə, 23 martda keçirilən Müsəlman vətəndaş hüquqları ilə bağlı tədbirdə məruzəçi olan Omarın qaldığı Woodlanddəki otel, 19 martda kimliyi naməlum bir qadın tərəfindən zəng edilərək proqramın ləğv edilməsi tələb edilib.
Gizli nömrədən edilən zəngdə, Omarın oteldə qalmasına və proqramın aparılmasına icazə verildiyi təqdirdə otelə bombalı hücum təşkil olunacağı ilə hədələyiblər.
Otel əməkdaşlarının xəbər verməsindən sonra hərəkətə keçən Los Angeles Polis Departamenti (LAPD) detektivləri otelin telesekretarına, "Əgər Elxan Omarın otelə girməsinə icazə versəniz, oteliniz bombalanacaq. O, Amerika cəmiyyəti və sizin oteliniz üçün təhlükəlidir. Öz təhlükəsizliyiniz üçün onun otelə daxil olmasına icazə verməyin və proqramı ləğv edin" mesajını qoyulduğunu aşkar edib.
 
“Nifrət və qorxu təcavüzünün hökm sürməsinə imkan verməyəcəyik”
 
 Programı həyata keçirən Amerika İslam Münasibətləri İttifaqı (CAIR) da internet saytından etdiyi açıqlamada, təhdid mövzusunda onların məlumatlandırıldığı bildirilib.
Sözügedən təhdidi pisləyən CAIR-in direktoru Hussam Ayloush, bunları qeyd edib:
“Bir hadisəyə müxalif olmağınızla zorakılıq təhdidi arasında fərq var. Günahsız insanları, qadınları və uşaqları öldürməklə təhdid etmək, təhdidin nə qədər real olub olmadığına baxmayaraq, qəbul edilə bilən bir şey deyil. Nifrət və qorxu təcavüzünün hökm sürməsinə imkan verməyəcəyik. Nifrət ifadələrini normallaşdırma sahəsindəki mövcud tendensiya, fanatları danışıqlarında və hərəkətlərində cəsarətləndirdi. Buna ən son, manifestində ABŞ prezidenti Donald Trampın siyasətini tərifləyən ağ irqçi Yeni Zelandiyadakı məscidlərdə 50 nəfəri qətlə yetirməsində şahidi olduq. İki həftədən qısa müddət öncə, San Dieqonun şəhərətrafı olan Escondidoda, birləri məscidi yandırmağa çalışarkən, Yeni Zelandiya hadisəsinə istinad edib. Cənab Elxan Omar və proqramdakı qonaqlarımız etibarda olduqları üçün şükür edirik".
Aylouş hadisə haqqında məlumatı olanları rəsmilərlə təmasa keçməyə çağırarkən, hüquq-mühafizə orqanlarının telesekretara buraxılan təhdid mesajından şübhəliyə çatmaq üçün araşdırmalarını davam etdirdiyini bildirib.
Müxalifət.az