ABŞ-ı S-400 XOFU BÜRÜDÜ

Baxış sayı:
6745

ABŞ-ın dövlət katibiMayk Pompeo, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemini almamasını ümid etdiklərini deyib.
 
ABŞ-ın dövlət katibi Mayk Pompeo, Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində xarici siyasət hədəflərini açıqlayıb, sualları cavablandırıb.
Pompeo, NATO üzvləri haqqında verilən bir suala, Türkiyəylə bağlı qiymətləndirmələr aparıb.
Pompeo, “Türkiyənin NATO müttəfiqi olmasına ehtiyacımız var. Davranışlarında NATO-nun məqsədlərini əks etdirmələri lazımdır" – deyib.
 
“S-400 ALMAMAĞA ÜMİD EDİRİK”
 
Pompeo, həmçinin, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almamasını ümid etdiklərini söyləyərək bu məsələ ilə bağlı işlər apardıqlarını da sözlərinə əlavə edib.
 Başqa bir Konqres üzvünün, "Türkiyə və Suriyadakı Kürd qruplar" haqqında yönəltdiyi suallara isə açıq sessiyada cavab vermək istəməyən Pompeo, qapalı iclasda məsələ ilə bağlı müraciətə cavab verib.
 
“BU SİLAHLAR YUNANISTANA QARŞI İSTİFADƏ EDİLƏCƏK " İDDİASI
 
Bir Konqres üzvünün isə Türkiyəyə F-35 təyyarəsinin satışının dayandırılması lazım olduğunu söyləməsi də diqqəti çəkib.
Konqresmen, “Bu silahlar terrorçulara qarşı deyil, Yunanıstana qarşı istifadə ediləcək" deyə, iddia edib.
Müxalifət.az