ABŞ-ı S-400 mövzusunda narahat edən daha bir məqam – ABŞ televiziyası açıqladı

Baxış sayı:
10534

Amerikan xəbər kanalı “CNBC” ABŞ-ın siyasi kulislərində danışılan əhəmiyyətli bir iddianı yayınlayıb. İddia Amerikan tərəfinin S-400 mövzusundakı narahatlığını ortaya qoyarkən, Türkiyənin qətiyyətli və dik duruşunun ABŞ-ı necə narahat etdiyi ortaya çıxıb.
 
“CNBC”-nin adını vermədiyi qaynağa görə, ABŞ Türkiyəyə Rusiya ilə S-400 raketdən müdafiə sistemini satın almaq üçün etdiyi razılaşma haqqında son qərarını verməsi üçün iki həftədən daha az bir müddət tanıyıb.
“CNBC” Rusiyadan S-400 raketdən müdafiə sistemini satın almaq üçün etdiyi razılaşmaya sadiq qaldığı təqdirdə Türkiyənin sanksiyalarla üz-üzə qalacağını iddia edərkən, xəbərə görə, Türkiyə iyun ayının ilk həftəsinin sonuna qədər Rusiya ilə etdiyi razılaşmanı ləğv edib, ABŞ-dan “Patriot” havadan müdafi sistemlərini satın almağa qərar verməzsə, Türkiyənin F-35 döyüş təyyarəsi proqramından çəkilməsi lazım olacaq, Amerikan sanksiyalarına məruz qala biləcək və NATO-nun təpkisi ilə üz-üzə qalacaq.
Xəbərdə, bu müddətin uzadılmasının mümkün olmadığı mesajı verilərkən, “CNBC”-ə danışan bir ABŞ Xarici İşlər Nazirliyinin səlahiyyətlisi "Türkiyənin S-400-ü satın aldığı təqdirdə həqiqətən çox mənfi nəticələrlə qarşılaşacağını vurğulayırıq" deyərək hədələyici bir üslub istifadə edib.
Müxalifət.az