​ABŞ-ı HƏDƏLƏDİ: “Trampın addımları cavabsız qalmayacaq”

Baxış sayı:
5929

ABŞ prezidenti Donald Trampın hərəkətləri regionda təhlükəsizliyə zərər verir.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda İran parlamentinin sədri Əli Laricani bildirib.
“Trampın təşəbbüs etdiyi addımlar regionda təhlükəsizliyə zərər verir. Onun həyata keçirdiyi düşmən kursu cavabsız qalmayacaq”, - o vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ilk hissəsi bu gündən etibarən qüvvəyə minib.