​ABŞ-ı etiraz dalğası bürüdü: onminlərlə insan tələb edir

Baxış sayı:
3184

Başda Nyu York olmaqla, ABŞ-ın bir çox ştatında yüzminlərlə insan küçələrə axışaraq, ölkədə silah satışının məhdudlaşdıran yeni qərarların verilməsini tələb edib.
Məlumata görə, Florida ştatında məktəbə 17 nəfərin həyatını itirməsi ilə nəticələnən silahlı hücumdan sonra başlayan silah satışının məhdudlaşdırılması ilə bağlı kampaniya yenidən gündəmə gəlib. ABŞ-ın bir çox yerində təşkil edilən aksiyalara məşhur “Bitlz” qrupunun üzvü Pol Makkartni də qoşulub. O, 1980-ci ildə silahlı hücum zamanı ölən ingilis musiqiçi Con Lennonun Nyu Yorkda qaldığı otelin qarşısında “Silah şiddətinə son qoya bilərik" sözləri yazılan köynəyi ilə aksiya iştirakçılarına dəstək verib.
Yalnız Vaşinqtondakı aksiyaya yarım milyondan çox insanın qatılacağı bildirilib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp yarımavtomatik silahları avtomatik silahlara çevirən aparatların istifadəsini qadağan edib.