ABŞ-ı bu yolla bataqlığa salmaq istəyirlər - Zərif

Baxış sayı:
1528

İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək istəyənlərin məqsədi bəllidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Netanyahunun rəhbərliyi altında bu istiqamətdə iş aparan şəxslər ABŞ-ı bataqlığa salmaq istəyirlər. ABŞ lideri Tramp ölkəsinin necə bir faciə ilə üz-üzə qaldığının fərqində olmalıdır", - Zərif bildirib.
Qeyd edək ki, ABŞ mediası Vaşinqtonun İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa hazırlaşdığını yazıb.