ABŞ-ın hərbi yardımı Ukrayna üçün çox mühümdür

Baxış sayı:
6331

Prezident Donald Tramp üzərində impiçment araşdırması çərşivəsində Ağ Evin Ukrayna lideri prezidentə siyasi lütf etməyə razılaşmadığı təqdirdə Ukraynaya hərbi yardımını ləngidib-ləngitmədiyi təhqiq olunur. Rusiya 2014-cü ildə Ukraynanın şərqini işğal, Krım ərazisini də qanunsuz olaraq ilhaq edib. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir. Birləşmiş Ştatlar o zamandan bəri Ukraynaya Donbas regionunda Rusiyanın dəstəklədiyi separatçılarla silahlı münaqişədə özünü güclü qonşusu olan Rusiyaya qarşı müdafiə etməsi üçün ümumilikdə 1.6 milyard dollarlıq yardım göstərib. “O zamandan bəri həm Obama, həm Tramp administrasiyaları Ukraynanı batareya aşkar edən radarlar, gecə görmə cihazı, HMMWV maşınları və kaska kimi daha mühüm hərbi avadanlıqlarla təmin edib. Tramp administrasiyası isə onları Obama administrasiyasının verməkdən çəkindiyi daha ölümcül silahlarla təmin edib ki, buna tank əleyhinə raketlər və şərqdə rus separatçılara qarşı döyüşməyə yardım məqsədli təlimlər daxildir”, Atlantika Şurasından Mark Simakovski bildirir. Vilson Mərkəzindən Vill Pomeranz deyir ki, sabiq prezident Barak Obama ABŞ-ı münaqişəyə çox cəlb etməkdən çəkinirdi. “Obama böhranın başlanğıcında onun əhəmiyyətini kiçildib, Ukraynadakı döyüşlərə son qoymağa çalışırdı. Belə bir qorxu var idi ki, əgər Birləşmiş Ştatlar yardımı artırsa idi, Ruslar da yardımı artıracaqlardı və münaqişə böyüyəcəkdi”, o deyib. Tramp administrasiyası tank əleyhinə raketlər kimi yardımları təsdiqləyib. Amma Brukinqs İnstitutundan Maykl O’Hanlon deyir ki, prezident Donald Tramp özü Ukraynaya qarşı o qədər də müsbət münasibət bəsləmir. “Düşünürəm ki, prezident Tramp əslində Ukraynaya yardım etmək istməirdi, amma onun müşavirləri ona bunu etməli olduğunu söylədi”, O’Hanlon deyir. Konqres fevral ayında Ukraynaya bu il üçün 391 milyon dollarlıq yardım paketini təsdiqləyib. Bu yardıma ekspertlərin zəruri olduğunu söylədiyi hərbi təlim daxildir. “Bu ilin əvvəlində Ukrayna ordusu, ölkədəki bir çox sahə kimi tənəzzül və korrupsiyaya qərq olundu və heç döyüşən qüvvə olaraq mövcud ola bilmədi,” Vill Pomeranz bildirir. O’Hanlon deyir ki, yardım nəticəsində Ukrayna ordusunun imkanları və döyüş ruhu yaxşılaşdı, baxmayaraq ki, bu yardım ABŞ-ın digər ölkələrə verdiyi yardımla müqayisədə cüzidir. “Biz Əfqanıstanı daha çox yardımla təmin edirik. Fikrimcə ilə bir miyard dollar yaxın pul veririk. Düşünürəm ki, hazırda ABŞ İraqa da bənzər yardım verir”, o bildirir. Dövlət Departamentinin rəsmiləri bu yaxınlarda keçirilən impiçment dinləmələri zamanı verdikləri ifadələrdə bu yardımın Rusiyaya Amerikanın Ukraynanı yaxın müttəfiq hesab etdiyinə dair mesaj göndərdiyini bildirib. “Biz həm də ona görə yardım veririk ki, Ukrayna Rusiya ilə daha güclü mövqedən sülh danışıqları apara bilsin. Bu müharibənin qurbanlarının sayı artır. Rusiyanın 2014-cü ildə işğalından bəri 14 min ukraynalı həyatını itirib” – deyə, müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavin köməkçisi Laura Kuper bildirib. Ukrayna, Rusiya, Fransa və Almaniyadan nümayəndələri dekabr ayında Parisdə bir araya gələrək münaqişəyə son qoymaq üçün sülh danışıqları aparacaq. ABŞ bu görüşdə iştirak etməyi planlaşdırmır. Muxalifet.az