​ABŞ-ın hərbi təyyarəsi quşlara görə Floridanı bombaladı

Baxış sayı:
6583

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10c Thunderbolt II" hərbi təyyarəsi quşla toqquşan vaxt Florida ştatına bombalar atıb.
Muxalifet.az xəbər verir ki, hadisə ştatın Suvanni Sprinqs yaşayış məntəqəsi yaxınlığında baş verib.
Əhaliyə edilən xəbərdarlıqda bombalara yaxın durulmaması tövsiyə edilib.Bombaların hələ də tapılmadığı bildirilib.
Qeyd edək ki, təyyarə üzərində hər biri 11 kiloqramdan ağır olan 3 ədəd BDU-33 bombası və 226 kq-lıq M1a-82 bombalarını daşıyır.