​ABŞ hərbi təlimdən imtina etdi: Rusiya qorxusu...

Baxış sayı:
9175

ABŞ Sahil Təhlükəsizlik Təşkilatı Arktikada hərbi təlim keçməkdən imtina edib.
Muxalifet.az xəbər verir ki, "Business İnsider" nəşrində yer alan məlumatda ABŞ-ın yeganə buzqıran gəmisi "Polar Star"ın sıradan çıxmasından ehtiyat edildiyi üçün təlimdən imtina edildiyi bildirilib. Belə ki, ABŞ sözügedən gəmidə hər hansı problem yaranarsa, məcburiyyətdən Rusiyadan yardım istəməli olacaq.
Məqalədə qeyd edilir ki, Rusiyanın Arktikada çoxsaylı buzqıran gəmisi var, ama sözügedən regionda ABŞ-ın bircə buzqıran gəmisi var. Digər buzqıran gəmidən isə Antartikada istifadə edir. 40 il öncə istehsal edilən "Polar Star" isə elə də yaxşı vəziyyətdə deyil.