ABŞ hərbi təhdid: “Lazım gələrsə, Venesuelaya hərbi müdaxilə edəcəyik”

Baxış sayı:
6634

 ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo,"Lazım gələrsə, Venesuelaya hərbi müdaxilə edəcəyik" açıqlaması edib.
 
Amerikanın “Fox News” kanalına açıqlama verən ABŞ Xarici İşlər naziri Mayk Pompeo, Venesuela haqqında qalmaqal fikirlər səsləndirib.
Pompeo, "Lazım gələrsə Venesuelaya hərbi müdaxilə mümkündür. Ancaq biz sülh yolu ilə keçidə üstünlük veririk" deyib.
 
VENESUELADA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD
 
Qeyd edək ki, Venesuelada özünü dövlət başçısı elan edən Məclis sədri Xuan Guaido, Karakasdakı La Carlota Hava Bazası yaxınlığında ətrafında bir qrup əsgərlə video çəkib. Guaido yayımladığı 3 dəqiqəlik video materialla xalqa və əsgərlərə küçəyə çıxmaq çağırışı etmişdi.
Guaidonun bu çevriliş cəhdindən sonra ən böyük dəstək ABŞ-dan gəlmişdi. ABŞ-ın victse-prezidenti Mayk Pens, Xarici İşlər naziri Mayk Pompeo və Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton ayrı-ayrı bəyanatlarla Guaido ilə tərəfdarlarına tam dəstək sözü vermişdi.
Müxalifət.az