ABŞ hərbi qüvvələri Axalkalakiyə yerləşdiriləcək? – DETALLAR

Baxış sayı:
7851
Suriyanın neft və qaz tədarükünə nəzarət etmək üçün 500 ABŞ əsgərinin tanklarla qaytarılması həqiqətən çoxlarını təəccübləndirə bilərdi. ABŞ-ın Fərat çayının sol sahilindəki neft yataqlarının təkcə terrorçulara deyil, eyni zamanda Suriyanın qanuni hakimiyyəti üçün əlçatan olmasını istəməməsi yalnız “öncəgörmə” adlandırıla bilər.

 

Tramp gözlənilmədən 60 ədəd “Abraham” tankı ilə birlikdə 500 hərbi qulluqçunu Suriyaya qaytarır. Belə olan halda Suriya nefti ilə Amerika korporasiyasının məşğul olacağını bəyan edərkən nəyi nəzərdə tutduğu məlum olur. ABŞ prezidenti ümid edir ki, hələ ən azı 1 il müddətinə bu gərginliyi qoruyub saxlaya biləcək.

Prezident seçkilərində qalib gələnə qədər, Fərat çayının sol sahilindəki kürdlər neft çıxarıb ABŞ-ın neft emalı zavodlarına satdığı halda, ABŞ-da heç kim Trampı Suriyadakı yürüşündə Yaxın Şərqə “toxuna” bilmədiyi və bölgədəki nüfuzunu itirməkdə ittiham edə bilməz.

Cavaxetiyada Amerika qoşunları, bu macəra, yoxsa ciddi layihədir?

Yeri gəlmişkən son vaxtlar yayılan məlumatlar arasında Suriyadan çıxarılan Amerika qoşunlarının qalıqlarının Cavaxetiyada yerləşdirilə biləcəyi barədə informasiyalar yayılıb. Bunun adi “feyk məlumat”, yoxsa Amerikada elə də tanınmış olmayan ekspert tərəfindən ortaya atılan sınaq daşı olmasını hələ aydınlaşdırmaq lazımdır.

ABŞ hesab edir ki, Suriyadan çıxarılan hərbi heyəti hələlik yaxında saxlamaq daha münasibdir. Qeyd olunur ki, həmin qoşun heyəti okenanın əks tərəfinə yox, müvəqqəti olaraq Axalakalkidə keçmiş rus hərbi bazasında yerləşdirilə bilər.

“The Heritage Foundation” tədqiqatları mərkəzinin analitiki, ABŞ ordusunun veteranı və siyasi müşavir Lyuk Kof hər şeyi zəncirvari məntiq daxilində təqdim edir. Suriya ərazisində daha Amerika qoşunu olmadığına görə, o halda İŞİD terrorçularının yenidən fəallaşa biləcəkləri istisna edilmir. Bu halda Rakkadan 450 km uzaqlıqda olan qoşun köməyə çata bilər.

Qoşun yaxınlıqdakı, daha çox ermənilərin məskunlaşdığı Gürcüstanın Cavaxetiya bölgəsində yerləşdiriləcək. Onların 1996-cı ildən Amerika qoşunlarının dislokasiya olunduğu İraqda niyə yerləşdirilmədiyi də sual yarada bilər.

Əslində ABŞ əgər ona lazım olsaydı, İraqda hamını rahatca “dişləyə” bilərdi. Ancaq qəzəbli bir dəstə ilə döyüşməməyə qərar verdilər.

Bəlkə Gürcüstanda Amerika qoşunlarının yerləşdirilməsinə səbəb ikinci dəfə prezidentliyə namizədliyini verən prezident Trampa qarşı daha bir müsbət xaldır?

Hadisələrin bu cür inkişafı Cənubi Qafqazda Rusiyanın geosiyasi tarazlıq balansını poza bilər. Amerikanlar isə Suriyada, Suriyanın Türkiyə ilə sərhəddində uğradıqları məğlubiyyətə görə Rusiyadan qisas almaq niyyətindədirlər.

Amerikalıların belə bir addımı Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər? Yaxud Abxaziya və ya Cənubi Osetiya məsələsinə necə təsir edə bilər? İran, yaxud Türkiyə buna necə münasibət bildirəcək?

Belə bir addım barıt çələyindən görünən çubuğun yandırılmasına bənzəyir. Amerikalıların məhz buna cəhd etdiyi və bununla da geosiyasi rəqibləri olan Rusiyaya zərər vurmaq istədikləri istisna edilmir. Axı, Yaxın Şərqdən uzaqlaşmaq ABŞ-a olduqca baha başa gələ bilər.

8 illik bir tarixçəsi olan hadisələri yada salaraq, amerikalıların həqiqətən buna qadir olduqlarını dərk edirsən. Həmin dövrdə Vaşinqton Suriyada yalnız nəhəng neft və qaz yataqlarının aşkar olunmasına görə vəziyyəti gərginləşdirdi.

Həqiqətənmi ABŞ çıxarılan qoşunlarını Cavaxetiyada yerləşdirmək istəyir?

Belə ki, Kofun bu bəyanatı ehtimal olunur ki, bölgə dövlətlərinin buna münasibətini öyrənmək üçün kəşfiyyat məqsədilə edilmiş ola bilər. Əgər indiyədək vəd verilməsinə baxmayarq, Gürcüstanın hətta NATO-ya qəbul edilmədiyini nəzərə alsaq, o zaman anlamaq olar ki, sırf Amerika qoşunlarının daimi yerləşməsi hansı reaksiyaya səbəb ola bilər. Xüsusilə Ermənistan üçün...

Alpər Mövludoğlu