ABŞ hərbi bazalarını köçürür

Baxış sayı:
21136

Muxalifet.az  hurriyet.com-a  istinadla xəbər verir ki, ABŞ  Şimalı  Suriyadan çıxış  hazırlığı çərçivəsində  Menbiç, Aynulərəb ( Kobani )  və Ayn İsadan sonra Hasekedəki dörd baza və iki müşahidə məntəqəsini də boşaldıb. 
Əbdüləziz  Dağı bölgəsindəki  radar izləmə bazasını  Aynulərəbdəki kimi döyüş təyyarələriylə  bombardman edən  ABŞ  Şəddadi və Əl Vəzir bazaları ilə Himo, Cəzaevi bölgələrindəki hərbi müşahidə mənətəqələrini  də boşaldıb. Bazalardakı avadanlıqları əvvəlcə  tırlar və zirehli  texnika ilə Tel Beyder bazasına göndərən hərbi kontingent indi Tel Beyderi də boşaldıb İraqa yollanıblar. Hal – hazırda  Hasekedəki Rümeylan bazasının boşaldılma işləri gedir. Bundan başqa Suriyanın şərqindəki Deyrizor məntəqəsində də ABŞ bazaları var. ABŞ  İŞİD-lə mübarizə bəhanəsiylə terror təşkilatı   YPG/PKK-ya dəstək vermək üçün toplam 18 hərbi baza qurmuşdu.