ABŞ hərbçiləri İŞİD üzərində qələbədən sonra da Suriyada qalacaq — Pentaqondan ŞOK AÇIQLAMA

Baxış sayı:
57

Suriya ərazisi tamamilə İŞİD terror təşkilatının üzvlərindən azad edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Erik Pexon bildirib. Onun sözlərinə görə, Suriya terorrçulardan təmizlənib.
“Biz, müttəfiqlərimiz uğurlu əməliyyatlar keçirdik. Suriya torpaqları artıq terrorçulardan təmizlənib”, - deyə Erik Pexon bildirib.
Pentaqon rəsmisi əlavə edib ki, ABŞ hərbçiləri Suriyada terrorçu İŞİD üzərində qələbədən sonra da qalacaq:
“Suriya torpaqları azad edilib. Lakin terrorçular yenidən qayıda və əks hücum edə bilərlər. Biz terrorçuların geri qayıtmasının qarşısını almaq üçün Suriya torpaqlarında qalacağıq.
Qeyd edək ki, ABŞ və onun rəhbərlik etdiyi koalisiya qüvvələri 2014-cü ilin avqustundan Suriyada İŞİD terrorçularına qarşı mübarizə aparır.