ABŞ hər kəsi təhdid etdi - İran tankerinə görə...

Baxış sayı:
10663

İran neftini daşıyan Qreys-1 tankerinin ekipajını ağır nəticələr gözləyir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib.

Qreys-1 İran İslam İnqilabı Keşikçiləri Korpusuna yardım edib, İrandan Suriyaya neft daşıyıb. Bu, Qreys-1-lə əlaqəli olan hər kəs üçün ciddi nəticələrə gətirib çıxara bilər”, - o bildirib.

Qeyd edək ki, Britaniya bir müddət öncə Cəbəllütariqdə saxlanılan Qreys-1 gəmisi və ekipaj üzvlərini azad edib.