ABŞ hökuməti BAĞLANDI

Baxış sayı:
767

ABŞ-da federal hökumət büdcə böhranı səbəbi ilə bağlanıb.

 

ABŞ hökuməti Konqresdə Respublikaçılar və Demokratlar büdcə məsələsində razılaşmadıqları üçün Trampın prezidentliyinin ilk ildönümündə rəsmi olaraq bağlanıb.

ABŞ-da Donald Tramp rəhbərliyi Konqresdən istədiyini ala bilmədi və uzlaşma olmadığı üçün hökumət rəsmən bağlanıb. Respublikaçılar və Demokratların müvəqqəti büdcə ilə bağlı razılığa gələ bilməməsi, böhranın baş verməsinə yol açıb.

CNN İnternational, 2013-ci ildən bu yana ilk dəfə hökumətin bağlandığını son dəqiqə kodu xəbər verib.

Qeyd edək ki, 2013-cü ildəki böhran 16 gün davam etmiş, yüz minlərlə federal dövlət işçisi məcburi məzuniyyətə çıxmışdı.

Müxalifət.az